DİNİMİZ İSLAM

İslam

Vikipediya, açıq ensiklopediya
İslam (ərəb. الإسلام‎‎, əl-'islām) — monoteist dinlərdən biri.

Ümumi məlumat[redaktə | əsas redaktə]

"İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:[redaktə | əsas redaktə]

  1. sülh (salam da bu kökdəndir);
  2. boyun əymək, itaət etmək (Allaha təslim olmaq).
İslam yeganə Allaha (ərəb. الله‎‎) itaət etmək deməkdir.
İslamın əsas ehkamı tövhidnübuvvət və məaddır.[1]
  • Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
  • Nübuvvət sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə, kitablara və bu kitablardan sonuncusunun Qurani-Kərim olduğuna iman gətirməkdir. İslamın şiə məzhəbində hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər üçün də Allah tərəfindən təyin olunan canişinlərin — 12 imamın haqq olduğuna iman gətirilməlidir.
  • Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.
İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.
Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.
İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini[2] və sürətlə yayılan dinlərdən biridir. [3] Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman yaşayır.[4] Əksər müsəlmanlar İslamın iki cərəyanından birinə mənsubdur; bunların 85-95% sünni, 5-15% şiədir.[5] [6] Müsəlmanların təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayır [7], 25% Cənubi Asiyada [8], 20% Yaxın Şərqdə [9], 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. İslam – üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2-1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

Tarixi[redaktə | əsas redaktə]

İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan qureyşilər qəbiləsi, haşimilər tayfasının nümayəndəsi Məhəmməd peyğəmbərdir. Məhəmməd peyğəmbər dünya tarixinin ən nüfuzlu şəxsiyyətlərindəndir.
İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəhydir.

İslam ideologiyasının formalaşması[redaktə | əsas redaktə]


Ərəbcə "Allah" kəlməsinin yazılışı
VII əsrin əvvəllərində gedən ərəb fəthləri nəticəsində xilafətin tərkibinə erkən feodal münasibətlərinə keçmiş ölkələr daxil oldu. Fateh ərəblər bu münasibətlərin təsiri altına düşdüklərinə görə İslam ideologiyasında dəyişiklik meydana gəldi. Yeni feodal quruluşu öz əksini sünnədə tapdı, bu da İslamın inkişafında yeni mərhələ açdı. Sünnə IX sərdə kodeks halına salınandan sonra İslamın mühüm kitablarından biri oldu. Feodal xilafətində mürəkkəb sosial və siyasi vəziyyəti əks etdirən sünnə praktiki olaraq böyük əhəmiyyətə malik oldu.
Kəndli, yoxsul və bədəvilərin anti-feodal hərəkatları öz ideoloji ifadəsinin müxtəlif müsəlman təriqətlərinin nəzəriyyələrində tapmışdır. İslamda VII əsrin ortalarında ictimai bərabərsizlik uğrunda amansız mübarizə aparan birinci təriqət xaricilər idi.
İslamın VII-VIII əslərdə xilafətdə yayılması xristianlıqiudaizmzərdüştlük və əsasən maniliyin müqaviməti ilə rastlaşdı. Xeyli kobud antropomorfizmin və btidai determinizmin (təqdir haqqında nəzəriyyə halında) tərəfdarları olan erkən İslamın vaizləri və ilk çağlarda İslam həqiqətlərinin heç bir əsaslandırmaya ehtiyacı olmadığını hesab edənlər başqa dinlərin tərəfdarları ilə toqquşmalarda aciz qalırdılar. Feodal ideologiyası olan İslamın müdafiəsi üçün yaranan toqquşmalarda, VII əsrin ortalarında mötəzililər çıxış edirdilər. Qədim yunan və Ellinis fəlsəfəsi və onun dialektikası ilə tanış olan, İslamda ədalətli ortodokslarla mübarizə aparan mötəzililər müsəlman ilahiyyətinin – kəlamın əsasını yaratdılar. Kəlamın banisi görkəmli mötəzili, ortodokslarla güzəştin tərəfdarı, sonralar onları tərəfinə keçmiş və onlara güclü təsir etmiş Əşəri (873-935) hesab olunur.

İslamda parçalanma, təriqətlər[redaktə | əsas redaktə]

İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyukləri sünni və şiə təriqətləridir.
Feodal müsəlman cəmiyyətinin inkişafı feodal-hüquqşunaslığın fiqhinin hazırlanmasını tələb etdi. Sünnilərdə fiqhin əsasları və ya kökləri kimi, Quran və sünnə ilə birlikdə icma və qiyas qəbul edildi. VII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı. Sünnülər bu məsələlərdə dörd məzhəbə – hənəfilərə, malikilərə, şafilərə, hənbəlilərə bölündülər.
IX-XI əsrlərdə feodal münasibətlərinin inkişafı dövründə islamın mistik-asketik istiqaməti – sufilik inkişaf etdi.
Müasir dövrdə İslam dünyasının həmrəyliyə ehtiyacı vardır. İslam həmrəyliyi müsəlman cəmiyyətlərini birləşdirəcək və etnik-dini zəmində konfliktlərin yaranmasına mane olacaq.[10]

Müsəlmanların yaşadıqları ölkələr

Beynəlxalq müsəlman təşkilatları[redaktə | əsas redaktə]

On iki imam

Vikipediya, açıq ensiklopediya
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmmədin dini və siyasi xəlifələridirlər.[1] On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.[2][3]

İmamət inancı[redaktə | əsas redaktə]

Əsas məqalə: İmamət
İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmətPeyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.[4][5]
Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.[6]
On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır).[6] On iki imamçı şiələr və Ələvi müsəlmanların inancına görə, on iki imam barədə Məhəmməddən nəql edilən “On iki xəlifə” hədisinə əsasən öncədən xəbər verilmişdir. On iki imamçı şiə və ələvi inancına görə, hazırda qeybdə olan sonuncu imamdan başqa bütün imamlar qeyri-təbii ölümlə ölüblər.
On iki imam bəzi Sufi ordenlərdə aparıcı rola malikdir və İslamın siyasi yox, sadəcə dini rəhbərləri hesab edilirlər. Belə ki, Sufi ordenlərin əksəriyyəti on iki imamdan birinə gedib çıxır.

İmamların siyahısı[redaktə | əsas redaktə]

NömrəAdının xəttalıqla ərəbcə yazılışıAdı
(Tam/Künyə)
Yazılış
(Ərəbcə/Azərbaycanca)
Doğum və
Ölüm

Tarix
(M./H.Q.)
ÖnəmDoğulduğu yerÖlüm səbəbi və yeri

Dəfn yeri[7]
1Alī.pngƏli ibn Əbu Talib
علي بن أبي طالب

Əbu əl-Həsən
أبو الحسن
Əmirəlmöminin
(Möminlərin əmiri)[8]

əl-Mürtəza

(Sevimli)

Birinci Ali[9]
600–661[8]

23 (Hicrətdən əvvəl)–40[10]
Şiələrə görə birinci imam və Məhəmmədin canişiniSünniliyə əsasən dördüncü raşidi xəlifə. Bütün sufimüsəlmanlar arasında yüksək mövqeyə malikdir. Məhəmmədin soyunun onunla Fatimənin izdivacından davam etdiyinə inanılır[8]Məkkə,
Səudiyyə Ərəbistanı[8]
Kufə məscidində namaz qılarkən xariciƏbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir.[8][11]

Məzarı İraqın Nəcəf şəhərindəki İmam Əli məscidindədir.
2Hassan ibn Ali.jpg|Həsən ibn Əli
حسن بن علي

Əbu Muhamməd
أبو محمد
əl-Müctəba

(Seçilmiş)

İkinci Ali[9]
624–670[12]

3–50[13]
Məhəmmədin, qızı Fatimədən olan yaşca ən böyük nəvəsi. Həsən Kufədə xəlifəlik etmiş atasının ölümündən Muaviyyə ilə sülh müqaviləsi bağlayana qədər yeddi ay ərzində İraqa nəzarət etmişdir.[14]Mədinə,
Səudiyyə Ərəbistanı[12]
On iki imam şiələrinə görə indiki Səudiyyə Ərəbistanının Mədinəşəhərində Muaviyyənin təşəbbüsü ilə arvadı tərəfindən zəhərlətdirilmişdir.[15]

Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
3Hhussain ibn ali.jpgHüseyn ibn Əli
حسین بن علي

Əbu Abdullah
أبو عبدالله
Seyyidüş-şühəda

(Şəhidlərin rəhbəri)

Üçüncü Ali[9]
626–680[16]

4–61[17]
Məhəmmədin nəvəsi, Əlinin oğlu və Həsən ibn Əlinin qardaşı. Yezidin xəlifəliyinin qanuniliyinə qarşı çıxmış və səbəblə də Kərbəla döyüşündə öldürülmüşdür. Bu hadisədən sonar Hüseynşiəlikdə mərkəzi, aparıcı mövqe tutur və ölümü qeyd edilir.[16][18]Mədinə,
Səudiyyə Ərəbistanı[16]
Kərbəla döyüşündə öldürülüb.[16]

Məzarı İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidindədir.
4Imam sajjad.jpgƏli ibn Hüseyn
علي بن الحسین

Əbu Muhamməd
أبو محمد
əl-Səccad, Zeynül-abidin

(Səcdə edən, İbadət edənlərin ziynəti[19]

Dördüncü Ali[9]
658[19] – 712[20]

38[19]–95[20]
Əhli-beytin Zəburu” kimi tanınan “Səhifeyi Səccadiyyə”nin müəllifi.[20]Mədinə,
Səudiyyə Ərəbistanı[19]
Əksər şiə mənbələrinə görə xəlifə I Vəlidin göstərişi ilə Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[20]

Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
5Baqir ibn sajjad.jpgMəhəmməd ibn Əli
محمد بن علي

Əbu Cəfər
أبو جعفر
Baqir əl-Ulum

(Elmin təfsirçisi[21]

Beşinci Ali[9]
677–732[21]

57–114[21]
Əksər erkən Sünni və Şiə mənbələrinə əsasən həyatı boyunca bir çox fəqih yetişdirmişdir.[21][22]Mədinə,
Səudiyyə Ərəbistanı[21]
Bəzi şiə mənbələrinə görə xəlifə Hişam ibn Əbdülməlikin təşəbbüsü ilə İbrahim ibn Vəlid ibn Abdullah tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[20]

Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
6Jaffer-e-Sadiq.jpgCəfər ibn Məhəmməd
جعفر بن محمد

Əbu Abdullah
أبو عبدالله
əs-Sadiq[23]

(Sədaqətli)

Altıncı Ali[9]
702–765[23]

83–148[23]
Adı ilə əlaqədar olaraq On iki imam şiəliyi məzhəbiCəfərilik adlandırılmışdır. Əbu Hənifə və Malik ibn Ənəsin fiqhVasil ibn Əta və Hişam ibn Həkəminhədis/kəlam, Cabir ibn Həyyanın cəbr və kimya üzrə müəllimi olmuşdur.[23][24]Mədinə,
Səudiyyə Ərəbistanı[23]
Bəzi şiə mənbələrinə əsasən xəlifə Mənsur tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[23]

Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
7Al-Kazim.jpgMusa ibn Cəfər
موسی بن جعفر

Əbu əl-Həsən
أبو الحسن الاول[25]
əl-Kazim[26]

(”Sakit”)

Yedinci Ali[9]
744–799[26]

128–183[26]
Cəfər ibn Məhəmməddən sonra İsmaililər də daxil olmaqla şiələrə görə imam.[27] Xorasandaşiələrdən xumsun rahat yığılması üçün nümayəndələr şəbəkəsi qurmuşdur. Məhdəviyyətdə yüksək mövqeyə sahibdir. Əksər insanlar onun vasitəsilə öz soylarını Məhəmmədə bağlayırlar.[28]Mədinə,
Səudiyyə Ərəbistanı[26]
Şiə inamına görə xəlifəHarun ər-Rəşidin sifarişi ilə həbs olunmuş və həbsxanada zəhərlətdirilmişdir.

Məzarı İraqın Bağdad şəhəri yaxınlığındakı Kazımeyn şəhərində İmam Musa Kazım türbəsindədir.[26]
8
Al redah.jpg
Əli ibn Musa
علي بن موسی

Əbu əl-Həsən
أبو الحسن الثانی[25]
ar-Riza, Reza[29]

(Razı/Məmnun)

Sekizinci Ali[9]
765–817[29]

148–203[29]
Xəlifə Məmun tərəfindən vəliəhd elan edilmişdir. Və müsəlman və qeyri-müsəlman alimlərilə etdiyi mübahisələrlə məşhurdur. [29]Mədinə,
Səudiyyə Ərəbistanı[29]
Bəzi şiə mənbələrinə görə İranın Məşhəd şəhərində xəlifəMəmunun göstərişi ilə zəhərlətdirilmişdir.

Məzarı İranın Məşhəd şəhərində İmam Rza məscidindədir.[29]
9Imam Taqi.jpgMəhəmməd ibn Əli
محمد بن علي

Əbu Cəfər
أبو جعفر
əl-Təqi, əl-Cavad[30]

(Allahdanqorxan, Əliaçıq)

Dokuzuncu Ali[9]
810–835[30]

195–220[30]
Abbasi xəlifələrinin zülm və təqibləri qarşısında mərdliyi və təqvası ilə məşhurdur.Mədinə,
Səudiyyə Ərəbistanı[30]
Şiə mənbələrinə görə xəlifə Mötəsimin sifarişi ilə arvadı, xəlifəMəmunun qızı tərəfindən zəhərlətdirilmişdir.

Məzarı İraqın, Kazımeyn şəhərində İmam Təqi türbəsindədir.[30]
10Imam naqi.jpgƏli ibn Məhəmməd
علي بن محمد

Əbu əl-Həsən
أبو الحسن الثالث[31]
əl-Hadi, əl-Nəqi[31]

(Hidayət edən, Təmiz/pak)

Onuncu Ali[9]
827–868[31]

212–254[31]
Şiə cəmiyyətindəki nümayəndələr şəbəkəsini genişləndirdi və gücləndirmişdir. Həmçinin şiələr tərəfindən verilmiş xümsu qəbul etdi[31]Mədinə yaxınlığında Sürəyya kəndi,
Səudiyyə Ərəbistanı[31]
Bəzi şiə mənbələrinə görə xəlifə Mötəz tərəfindən İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.[32]

Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.
11Al-askari.svgHəsən ibn əli
الحسن بن علي

Əbu Muhamməd
أبو محمد
əl-Əskəri[33]

(Qarnizon şəhərinin vətəndaşı')

Onbirinci Ali[9]
846–874[33]

232–260[33]
Həyatının böyük bir qismi xəlifə Mötəmidin hakimiyyəti illərinə rast gəlmişdir. Atasının ölümündən sonra ona qarşı təzyiqlər artmışdır.[34]Mədinə,
Səudiyyə Ərəbistanı[33]
Şiə mənbələrinə görə xəlifə Mötəmidin göstərişi ilə İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.

Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.[35]
12Imam Mahdi.pngMəhəmməd ibn əl-Həsən
محمد بن الحسن

Əbu əl-Qasim
أبو القاسم
əl-Məhdi, Qaim, əl-Höccət[36]

(Hidayət olmuş, Qayıb/itkin, Rəhbər')

Onikinci Ali[9]
868–h.h.[37]

255–h.h.[37]
On iki imam şiələrinin mənbələrinə əsasən mövcud olmuş tarixi şəxsiyyət və vəd olunmuş Mehdiİsa ilə birgə zühur edib haqsızlıq və ədalətsizliklə mübarizə aparıb, dünyada ədalət və nizamı bərpa edəcəyinə inanılır.[38]Samirəİraq[37]Şiə mənbələrinə görə 872-ci ildə Allahın göstərişi ilə qeybə çəkilmişdir.[37]

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Jump up Olson (2005), səh. 65
  2. Jump up Təbatəbai (1979), səh. 10
  3. Jump up Momen (1985), səh. 174
  4. Jump up Təbatəbai (1979), səh. 15
  5. Jump up Korbin (2014), səh. 45-51
  6. ↑ Jump up to:6,0 6,1 Gleave, Robert. "Imamate". Encyclopaedia of Islam and the Muslim world; cild 1. MacMillan. ISBN 0-02-865604-0.
  7. Jump up On ikinci imam istisna
  8. ↑ Jump up to:8,0 8,1 8,2 8,3 8,4 Seyyed Hossein Nasr, Ali, Encyclopædia Britannica Online, 2007-10-12, http://www.britannica.com/eb/article-9005712/Ali
  9. ↑ Jump up to:9,00 9,01 9,02 9,03 9,04 9,05 9,06 9,07 9,08 9,09 9,10 9,11Encyclopedia of the Modern Middle East and North Africa, 2004, Gale Group, ISBN = 978-0-02-865769-1
  10. Jump up Təbatəbai (1979), səh. 190–192
  11. Jump up Təbatəbai (1979), p.192
  12. ↑ Jump up to:12,0 12,1 Hasan, Encyclopædia Britannica Online, 2007-11-08 , http://www.britannica.com/eb/article-9039439/Hasan
  13. Jump up Təbatəbai (1979), səh. 194–195
  14. Jump up Wilferd Madelung, ḤASAN B. ʿALI B. ABI ṬĀLEB, Encyclopaedia Iranica, 2012-07-06, http://www.iranicaonline.org/articles/hasan-b-ali}}
  15. Jump up Təbatəbai (1979), səh. 195
  16. ↑ Jump up to:16,0 16,1 16,2 16,3 al-Husayn, Encyclopædia Britannica Online, 2007-11-08, http://www.britannica.com/eb/article-9041622/al-Husayn-ibn-Ali
  17. Jump up Təbatəbai (1979), səh. 196–199
  18. Jump up Madelung Wilferd, ḤOSAYN B. ʿALI, Encyclopaedia Iranica, 2008-03-23 , http://www.iranicaonline.org/articles/hosayn-b-ali
  19. ↑ Jump up to:19,0 19,1 19,2 19,3 Madelung Wilferd, 'ALÈ B. AL-HUOSAYN, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/ali-b-hosayn-b-ali
  20. ↑ Jump up to:20,0 20,1 20,2 20,3 20,4 Təbatəbai (1979), səh. 202
  21. ↑ Jump up to:21,0 21,1 21,2 21,3 21,4 Madelung Wilferd, Wilferd Madelung, AL-BAQER, ABU JAFAR MOHAMMAD, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/baqer-abu-jafar-mohammad
  22. Jump up Təbatəbai (1979), p.203
  23. ↑ Jump up to:23,0 23,1 23,2 23,3 23,4 23,5 Təbatəbai (1979), səh. 203–204
  24. Jump up Wasil ibn Ata, Encyclopædia Britannica Online, 2007-11-08, http://www.britannica.com/eb/article-9076198/Wasil-ibn-Ata
  25. ↑ Jump up to:25,0 25,1 Madelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007-11-09, http://www.iranicaonline.org/articles/ali-al-reza
  26. ↑ Jump up to:26,0 26,1 26,2 26,3 26,4 Təbatəbai (1979), səh. 205
  27. Jump up Təbatəbai (1979), səh. 78
  28. Jump up Sachedina (1988), səh. 53–54
  29. ↑ Jump up to:29,0 29,1 29,2 29,3 29,4 29,5 Təbatəbai (1979), səh. 205–207
  30. ↑ Jump up to:30,0 30,1 30,2 30,3 30,4 Təbatəbai (1979), səh. 207
  31. ↑ Jump up to:31,0 31,1 31,2 31,3 31,4 31,5 Madelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/ali-al-hadi-abul-hasan-b
  32. Jump up Təbatəbai (1979), səh. 208–209
  33. ↑ Jump up to:33,0 33,1 33,2 33,3 Halm , 'ASKARÈ, Encyclopaedia Iranica, 2007-11-08, http://www.iranicaonline.org/articles/askari-abu-mohammad-hasan-b
  34. Jump up Təbatəbai (1979) səh. 209–210
  35. Jump up Təbatəbai (1979), səh. 209–210
  36. Jump up Muhammad al-Mahdi al-Hujjah, Encyclopædia Britannica Online, 2007-11-08, http://www.britannica.com/eb/article-9054165/Muhammad-al-Mahdi-al-Hujjah
  37. ↑ Jump up to:37,0 37,1 37,2 37,3 Təbatəbai (1979), səh. 210–211
  38. Jump up Təbatəbai (1979), səh. 211–214

Yorumlar